Həyatda ən gözəl anlar keçib gedir. O, anları zamanla xatırlamaq çətinləşir. Lakin o hissləri, həyəcanı, həminki emosiyanı geri qaytarmaq üçün tək vasitə xatirə şəkilləridir. Bizim də ən böyük missiyamız sevdiklərimizin xoş günlərini daima yadda qalan etmək və həmin hissləri geri döndürmək üçün onlara tam fərqli, orijinal, ömürlük yadda qalan şəkillərini xalça üzərində toxutduraraq hədiyyə verməkdir.
* QEYD: Bizim missiya və məqsədimiz Azərbaycanda xalçaçılarla rəqabət deyil, onlarla qarşılıqlı dostluq və sevgi ilə anlaşmamızdır. Çünki, Azərbaycanın xalçaçılarının da bizim qəlbimizdə böyük yerləri var.
Müştərilərin müəssisənin məhsul və xidmətlərindən daim məmnun olması
Məhsulun müştərilər və üçüncü tərəfdə xoş, unudulmaz təəssüratlar yaratması
Müştərilər və Fotoxlaça ilə sıx və davamlı əməkdaşlıq, qarşılıqlı anlayış və etibarlılıq nümayiş etdirmə
Fotoxalca şirkət mədəniyyəti, dəyərli müştərini dostluğa çevirmək üzərində qurulub.
2011-ci ildən Fotoxalça şirkəti yarandı və 2012-ci ilin Aprel ayının 1-dən fəaliyyətə başladıq.
Gün ərzində daxil olan zənglər və görüşlərdə yadda qalan, gülüşə səbəb olan, maraqlı anlar.
Nömrənizi qeyd edin, əməkdaşımız Sizə zəng etsin!