Sual-Cavab

Fotoxalça nədir?

Fotoxalça ən son müasir texnologiya ilə toxunulma və bütün standartlara cavab verən xalçadır. Fotoxalçanın 3 növü var: Qəhvəyi toxunuşlu xalça, kilim rəngli xalça və ipək tərkibli rəngli xalça.

Qəhvəyi toxunuşlu rəngli xalça:

Toxunulma olduğu üçün boyadan qətiyyən istifadə olunmur və rəng çalarları ancaq insan dərisinə yaxın olan qəhvəyi rəngli saplarla toxunulur.

Tərkibi: Polip ipdir – yun, pampıq, ərşi, arğacı saplarının qarışığıdır.

Keyfiyyəti: Rahatlıqla istər quru, istər kimyəvi maddə ilə təmizlənə, silinə bilər. Rəngi çıxmır, solmur, tükü tökülmür. 50 il sonrada eynilə indiki originallığını qoruyub saxlayır.
Ölçüləri: 10 standart ölçüsü var.

Toxunulma üçün nəzərdə tutulan müddət: 10 gün

Kilim rəngli xalça:

Xalçadan fərqli olaraq nazik, incə toxunuşludur. İstənilən canlı rəngi almaq mümkündür. Rənglənmə metodikası ilə hazırlanır.

Keyfiyyəti: Yalnız quru təmizləmə edə bilərsiniz. Rəngi asanlıqla çıxmır, solmur.

Ölçüləri: 10 standart ölçüsü  var.

Toxunulma üçün nəzərdə tutulan müddət: 10-15 gün

İpək tərkibli rəngli xalça:

2018-ci il ən yeni texnologiya olan, 500 ilmə ilə vakumlu yeni rənglənmə metodikası ilə toxunulur.

Original şəkil necədirsə eyni olduğu kimi canlı rənglərdə olur. İpək xalçanı rahatlıqla həm kimyəvi, həm quru təmizləmə edə, yuya, silə bilərsiniz. Çünki, keyfiyyətinə görə xüsusi lisenziyalıdır.

Tərkibi: Polistr materialdır. 30% ipək, 30% yun, 40% akril qarışığıdır.

Toxunulma üçün nəzərdə tutulan müddət: 10-15 gün

Fotoxalçaya qarant varmı?

Yanğın, zəlzələ, sel və sel kimi digər təbii fəlakətlər xaricində bütün xalçalara 50 il qarantiya var.

Məhsulun geri qaytarılma qarantisi varmı?

Məhsul tamamilə adama xüsusi olması səbəbiylə toxuma səhvi xaricində qaytarma söz mövzusu deyil.

Mənim xalçam hansı ölçüdə olacaqdır?

www.fotoxalca.com saytında bütün xalçalarda nümunələr mövcuddur. İstənilən ölçünü seçə bilərsiniz. Sifariş edilən şəkil tərəfimizdən istənilən ölçüyə uyğun olaraq kəsilir və xalçaya toxunulur.

Ödəməni necə edəcəyik?

Şəkili göndərdikdən sonra 50% öncədən nəğd və ya online ödənilir, qalan 50% isə təhvil aparanda ödənilir. Əgər Bolkart, Kapital kart, Smile kart, Albalı kartla ödəniş olacaqsa ödənişi 100% öncədən alırıq.

Şəkillərimizin məxfiliyi qorunurmu?

Özəl insanlar olduğu üçün bütün sifariş verilən şəkilləri məxfi saxlayırıq. Nə sosial şəbəkələrdə, nə də saytlarda yayımlanmır. Çünki, saytımızda kifayət qədər nümunələrimiz var.

Əlaqə və Whats App

+994 50 599 50 77

Yerləşmə Ünvanı

Çıraq Plaza

E-mail Ünvanı

[email protected]

Salam!

Nömrənizi qeyd edin, əməkdaşımız Sizə zəng etsin!