Maraqlı Təcrübələrimiz

Gün ərzində müxtəlif mövzuda zənglər daxil olur və görüşlər keçirilir. Gərgin iş şəraitində bunların arasında yadda qalan, gülüşə səbəb olan, maraqlı anlar olurki, onlar kollektivin gündəlik əhval-ruhiyyəsinə müsbət təsir edir. Bu cür zənglərlə və görüşlərlə bağlı “Real hekayələr“ kolleksiyası yığılıb. Onların bir hissəsi ilə tanış olmaq yəqin, sizin üçün də maraqlı olacaq…

1. Müştəri ilə görüş zamanı: Şəkili bizə verir.
Əməkdaşımız bu daha yaxşı şəkildir. bəlkə bunu seçək?
Yaxşı seçək. Bir də olarki, bu şəkildə  kişinin gözündən açkini çıxardasınız..?:)

2. Xalası bacısı uşağının 3 yaşına xalça alır. Biz də aparıb xalçasını evdə verərkən, nənəsi də evdə bizi xoş qarşılayır. Xalçanı görərkən ilk sözü:
 – Aman Allah, bu nə gözəl hədiyyədir. Bu xalçadakı kimdir? Nəvəsini qucaqlayıb öpür. Mənim gözəlimdir bu! Hər şeyimin, varlığımın şəkilidir bu! Brilliantdan da dəyərli, gözəl hədiyyədir. Məni çox kövrəltdiz. Çox sevindim. Bu hissi izah edə bilmərəm deyir..
Sağollaşıb çıxdıq.

3. Müştəri  zəng edir:
 – Olar ki, mən evdəki xalçamı gətirim, şəkili də verim. Onun üstünə toxuyasınız?:)

4. Əzizbəyov metrosunda görüşüb xalçasını təhvil verməliyik. Əməkdaşımız hələ çatmayıb, zəng edirki, hansı tərəfdə olduğunu öyrənsin:
 – Salam, siz  metronun harasındasınız.?
 – Müştəri: “Bilirsiz, mən hardayam?
 – Əməkdaşımız: Harda?
 – Müştəri: Bide burdayam. Burda durmuşam…:)

5. Bizim Xalçanı ən sevdiyi insana hədiyyə verib. Qaynatasının o qədər xoşuna gəlmişdir ki, onu vazifəyə işə düzeltmişdi:)

6. Bir iş adamının adı çəkilməyərək. Onun Xalçasını hədiyyə etmişdilər. Həmin adam xalça hədiyyə edəni öz otellərinin birinə həmin oteli işlətmək üçün vermişdir. Biz də komanda olaraq həmin oteldə 1 neçə dəfə istirahat etmişik:)

7. Hələ bunlar nədirki?:) Əmisinə xalça hədiyyə verib. Əmisi də Azerbaycanda tanınmış tikinti şirkətinin rəhbəridir. Səhərsi Xalcanı sifariş edən oğlan zəng edib sevincindən uçurdu. Nə olur deyə sorusuruq, adam ağlayır telefonda. Ay kişi nə olub? De gərək axı nə oldu?:)  Deyir ki, əmim 62.000 ev kreditimi sildi. Sayənizdə 1 vip ramkalı ve böyük xalçaya görə ev kreditimi silib. Sizə nə qədər təşəkkür etsəm belə azdı.. Biz de həmin an şokda idik..:))

8. Bir oğlan istədiyi qıza xalça hədiyyə edib, …o danışır… Hele evlənmək fikirləri də yox idi. Sadəcə indiki qaynatası o qədər xalçanı bəyənmişdi ki, qızına bu oğlan sənə xalça verməklə həyatındaki ən dəğərli biri olduğunu göstərib. Xalçanı dəğəri çox yüksekdir. Başlayıq keçmiş tarixdən daki, bugüne qədər xalça dəğərlərindən danışmağa. Uzun sözün qısası bugün həmin cütlük evlidir ve gözəl mələk kimi qizları var. Adı kimi özü də Nur olan balanın 1 yaşi da 31 Avqustda olub))

9. Video atmışdılar və bizə danışırdılar. Tanınmış bir adamın yübileyi idi. Xalçasını məclisdə təqdim etdilər. 50 illik yübileyinə görə. Adam xalçasını görüncə sevincindən, duygulandıgı üçün çox ağlamışdı. Yalan olmasın 10 dəqiqə ağladı, qucağladı, və sonda 1 kəlmə söz dedi. Həyatımda gördüyün ən dəyərli hədiyyədir! Halbu ki, çox mötəbər iş, siyası xadimlərin belə hədiyyələri də var idi həmin məclisdə.

Əlaqə və Whats App

+994 50 599 50 77

Yerləşmə Ünvanı

Çıraq Plaza

E-mail Ünvanı

[email protected]

Salam!

Nömrənizi qeyd edin, əməkdaşımız Sizə zəng etsin!