Menu

Fotoxalca.com - Hediyyeler, qeyri adi hediyyeler

header photo

MƏQSƏD VƏ MİSSİYAMIZ

Həyatda ən gözəl anlar keçib gedir. O, anları zamanla xatırlamaq çətinləşir. Lakin o hissləri, həyəcanı, həminki emosiyanı geri qaytarmaq üçün tək vasitə xatirə şəkilləridir. Bizim də ən böyük missiyamız sevdiklərimizin xoş günlərini daima yadda qalan etmək və həmin hissləri geri döndürmək üçün onlara tam fərqli, orijinal, ömürlük yadda qalan şəkillərini xalça üzərində toxutduraraq hədiyyə verməkdir.

QEYD: Bizim missiya və məqsədimiz Azərbaycanda xalçaçılarla rəqabət deyil, onlarla qarşılıqlı dostluq və sevgi ilə anlaşmamızdır. Çünki, Azərbaycanın xalçaçılarının da bizim qəlbimizdə böyük yerləri var.

DƏYƏRLƏR:

  1. Məmnuniyyət - Müştərilərin müəssisənin məhsul və xidmətlərindən daim məmnun olması 
  2. Xoş təəssürat - Məhsulun müştərilər və üçüncü tərəfdə xoş, unudulmaz təəssüratlar yaratması
  3. Dostluq - Müştərilər və Fotoxlaça ilə sıx və davamlı əməkdaşlıq, qarşılıqlı anlayış və etibarlılıq nümayiş etdirmə

ÜSTÜNLÜKLƏRİMİZ!

  1. 2011 - ci ildən ilk rəsmi şirkət kimi fəaliyyət göstəririk.
  2. 2012 - ci ildən Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi Şəhadətnamə Əmtəə Nişanı alınıb.
  3. Daima yenilənən rəsmi web saytımız fəaliyyət göstərir: wwww.fotoxalca.com

XRONOLOGİYA

2011-ci ildən müəssisə yarandı. 2012-ci aprelin 1-i fəaliyyətə başladıq. Lakin bazar araşdırmaları etmək çox zamanımızı aldı. 2013-cü ildən isə ciddi şəkildə yola çıxdıq və şirkət xronologiyasını sizin ilə paylaşırıq.

  1. 01.03.2013 - Vergilər Nazirliyindən fərdi sahibkar kimi VÖEN aldıq.
  2. 05.03.2013 - Amerika şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan www.mega-az.com tərəfindən rəsmi saytımızı yaratdıq, www.fotoxalca.com adı ilə başladı.
  3. 16.03.2013 - tarixində bonus sistemi olan "Multibon" şirkəti ilə əməkdaşlığa başladıq.

MARAQLI TƏCRÜBƏLƏRİMİZ

Gün ərzində müxtəlif mövzuda zənglər daxil olur və görüşlər keçirilir. Gərgin iş şəraitində bunların arasında yadda qalan, gülüşə səbəb olan, maraqlı anlar olurki, onlar kollektivin gündəlik əhval-ruhiyyəsinə müsbət təsir edir. Bu cür zənglərlə və görüşlərlə bağlı “Real hekayələr“ kolleksiyası yığılıb. Onların  bir hissəsi ilə tanış olmaq yəqin, sizin üçün də maraqlı olacaq..

1. Müştəri  ilə görüş zamanı: Şəkili bizə verir.
Əməkdaşımız bu daha yaxşı şəkildir. bəlkə bunu seçək?
Yaxşı seçək. Bir də olarki, bu şəkildə  kişinin gözündən açkini çıxardasınız..?:)